JEK-lər Konstitusiya hüquqlarını birbaşa pozur

15:42 - 30.08.2022


30 avqust, Fineko/abc.az. Azərbaycanda mülkiyyət münasibətlərinin tənzimlənməsinin bir çox sahələrində sovet modelindən imtina edilsə də mənzil idarəçiliyində bu model hökmran mövqeyini saxlamaqdadır. Əhalinin yaşadığı mənzillərin böyük əksəriyyətinin özəl olmasına rəğmən onun idarə edilməsi hələ də dövlətin inhisarındadır. Sovet dövründən qalmış, dövlət və ictimai mənzil fondunu idarə etmək üçün nəzərdə tutulmuş mənzil istismar sahələri (MİS) özəl mənzilləri idarə etməkdə davam edir. Bu isə mənzil mülkiyyətçilərinin Konstitusiya hüquqlarını birbaşa pozur.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Əliyev yazıb.

Konstitusiyanın 29-cu maddəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycanda vətəndaş əmlakına sahib ola bilsə də ondan istifadə etmək və onun barəsində sərəncam vermək imkanları məhduddur.