15:01 - 30.08.2022
30 avqust, Fineko/abc.az. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “İnfinitech” MMC ilə 1 milyon manatlıq müqavilə bağlayıb.
ABC.AZ xəbər verir ki, bu barədə yerli mətbuatda qeyd edilib.
Belə ki, müqavilədə Bakı Metropoliteninin III yeni (Bənövşəyi) xəttin “Xocəsən” elektrik deposunun “Motovoz sexində”, “B-DA-00” yarımstansiyasında, “Vetibüldə”, Platformada, 1 və 2 saylı Nəzarət Buraxılış məntəqələrində, ”Blok Post binasında”, “Aİ” (sünni intelekt) əsaslı analitik videomüşahidə sistemləri qurulması üçün informasiya sistemi infrastrukturunun avadanlıqlarının və mal-materiallarının satınalınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 918 110 manatdır.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026