11:54 - 29.08.2022
29 avqust, Fineko/abc.az. Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra ciddi çətinliklərlə üzləşib.
ABC.AZ xəbər verir ki, bunu bazar günü Avstriyanın “Kronen Zeitung” qəzetinə müsahibəsində Avropa diplomatiyasının rəhbəri Xosep Borrell deyib.
"Biz Rusiyanın iqtisadi imkanlarını məhdudlaşdırırıq. Nə qədər ki, Rusiya iqtisadiyyatı neft və qazdan asılıdır, onun bizim texnologiyamıza ehtiyacı olacaq. Əlbəttə, biz qısamüddətli perspektivdə böyük problemlərlə üzləşirik. Qazın qiymətinin qalxması danılmazdır. Amma biz azadlığın bədəlini ödəməyə hazır olmalıyıq", - Borrell bildirib.
O, enerji böhranını “Avropanın indiyə qədər yaşadığı ən böyük böhran” adlandırıb.
"Əvvəl borc böhranı, sonra pandemiya, indi isə enerji. Yeganə həll yolu birlikdir", - Avropa diplomatiyasının rəhbəri bildirib.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026