16:13 - 26.08.2022
26 avqust, Fineko/abc.az. 2022-ci ildə Rusiyada ümumi taxıl yığımı 145 milyon tona çata bilər, ixrac potensialı isə 55-56 milyon ton təşkil edəcək.
ABC.AZ-ın məlumatına görə, bunu “Prozerno” analitik mərkəzinin baş direktoru Vladimir Petriçenko forumda bildirib.
O qeyd edib ki, əgər 145 milyon ton məhsul yığılıbsa, o zaman daxili istehlakın 83 milyon tona qədər artması ilə ixrac potensialı 55-56 milyon ton həcmində olmalıdır.
Bunun 44 milyon tonu buğdadır. Petriçenko bildirib ki, daxili istehlakın artımı, xüsusən də heyvandarlıq hesabına baş verəcək.
Petriçenko heyvandarlıq üçün istehlak artımını 1,5 milyon ton olmaqla- 45,5 milyon tona qədər qiymətləndirir.
Rusiya Kənd Təsərrüfatı Nazirliyinin təsdiq edilmiş planı məhsul yığımı üçün 130 milyon ton, ixrac üçün 50 milyon tondur.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026