14:34 - 24.08.2022
24 avqust, Fineko/abc.az. Böyük Britaniya hakimiyyəti iki il ərzində böhran səbəbindən Böyük Britaniya sakinlərinə kəskin artan yanacaq və elektrik xərclərinə görə 100 milyard funt sterlinqdən (118 milyard dollar) çox kompensasiya ödəməyə məcburdur.
ABC.AZ-ın məlumatına görə, bu barədə "Financial Times" qəzeti yazıb.
Britaniyanın altı əsas enerji şirkətindən biri olan Scottish Power-ın baş icraçı direktoru Keyt Anderson, "Təbii qaz və elektrik enerjisinin bahalaşması fonunda bu cür maliyyələşdirmə ölkəni bürümüş böhranın miqyasını və dərinliyini göstərir" deyib.
Məlumata görə, britaniyalı ev təsərrüfatları üçün maksimum elektrik ödənişləri ildə 2 min funt-sterlinqdən (2,4 min dollar) çox olmamalıdır. Onun dəyəri daha yüksək olduqda, qiymət fərqi dövlət vəsaitləri hesabına kompensasiya edilir. Artıq bu həftə ev təsərrüfatları üçün maksimum elektrik ödənişlərinin 3 min funt-sterlinqə (3,5 min dollar) çatacağı gözlənilir.