16:34 - 18.08.2022
18 avqust, Fineko/abc.az. Prezident İlham Əliyev "Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında" fərman imzalayıb.
Fərmana əsasən, 2022-ci il sentyabrın 1-dən dövlət ümümi təhsil müəssisələrinin aşağıdakı rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) sertifikatlaşdırmadan keçən təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavə müəyyən edilib:
- direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə);
- təhsilverənlərin (sertifikatlaşdırmanın nəticəsinə görə).
Nazirlər Kabinetinə bu Fərmanın nəzərdə tutulan əlavələrin məbləğlərini 2022-ci il sentyabrın 1-dək təsdiq etmək tapşırılıb.