Prezident İlham Əliyev bir neçə ölkənin yeni səfirlərinin etimadnaməsini qəbul edib 

11:57 - 18.08.2022


18 avqust, Fineko/abc.az. Prezident İlham Əliyev avqustun 18-də bir neçə ölkənin ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfirlərinin etimadnaməsini qəbul edib.

ABC.AZ xəbər verir ki, Prezident Monqolustanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qombosuren Munxbayarın etimadnaməsini, Cənubi Afrika Respublikasından xanım Dipuo Berta Letsatsi-Dubanın etimadnaməsini , Çad Respublikasından səfir Adum Danqay Nokur Qetin etimadnaməsini, Yeni Zelandiyadan xanım Zoe Daun Kolson-Sinklerin etimadnaməsini  və Efiopiya Federativ Demokratik Respublikasından ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adem Muhammed Mahmudun etimadnaməsini qəbul edib.