BP ikinci rübdə son 14 ilin ən yüksək mənfəətini açıqlayıb

16:45 - 2.08.2022


2 avqust, Fineko/abc.az. Britaniyanın enerji nəhəngi British Petroleum (BP) ikinci rübdə son 14 ilin ən yüksək mənfəətini açıqlayıb.

ABC.AZ xəbər verir ki, BP-nin ikinci rübdə xalis mənfəəti analitiklərin bütün təxminlərini üstələyərək 8,45 milyard dollara yüksəlib. Bu, 2008-ci ildən bəri ən yüksək mənfəət göstəricisidir. Bildirilib ki, bu göstərici neftin qiymətinin artması, eləcə də güclü emal marjası və neft ticarəti ilə dəstəklənib.

Londonda yerləşən şirkət ilin birinci yarısında 3,8 milyard dollarlıq səhm satın aldıqdan sonra növbəti üç ayda 3,5 milyard dollarlıq səhmləri geri alacağını açıqladı.

Həmçinin BP Rusiyadan tədarükdə çətinliklər və nisbətən aşağı ehtiyatlar səbəbindən qiymətlərin ilin üçüncü rübündə yüksək qalmaqda davam edəcəyi ilə bağlı proqnozunu bölüşüb.