14:46 - 2.08.2022
2 avqust, Fineko/abc.az. İran ABŞ-ın ölkə neftini hədəf alan yeni sanksiyalarına qəti və tez cavab verəcəyini və sanksiyaların ölkə iqtisadiyyatı və ticarətinə mümkün təsirlərini aradan qaldırmaq üçün bütün lazımi tədbirləri görəcəyini açıqlayıb.
ABC.AZ xarici mediyaya istinadla xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani verdiyi yazılı açıqlamada Vaşinqton rəhbərliyinin Tehranın neft və neft-kimya məhsulları ticarətini dəstəkləyən 6 şirkəti sanksiyalar siyahısına əlavə etməsinə reaksiya verib.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti və Xəzinədarlıq Departamenti İran neftinin və neft-kimya məhsullarının Şərqi Asiyaya ixracına kömək edən dördü Honq-Konqda, biri Sinqapurda və bir Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) olan altı şirkət sanksiya siyahısına əlavə edilib.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026