Lukoil şirkətinin səhmləri bahalaşıb

16:09 - 1.08.2022


1 avqust, Fineko/abc.az. Ticarət məlumatlarına görə, bazar ertəsi Moskva birjasında keçirilən ticarət zamanı Lukoil şirkətinin səhmlərinin dəyəri ilin birinci yarısı üçün maliyyə hesabatlarının dərci fonunda 3,95% artaraq bir səhm üçün 4,03 min rubla çatıb . 

ABC.AZ marja-ya istinadla xəbər verir ki, 2022-ci ilin yanvar-iyun aylarında Rusiya Mühasibat Uçotu Standartlarına görə Lukoil şirkətinin xalis mənfəəti 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,6 dəfə artaraq 540,5 milyard rubla çatıb.

Lukoil-in ilin birinci yarısında gəliri 1,9 dəfə artaraq 1,74 trilyon rubla çatıb.Vergidən əvvəlki mənfəət 559,4 milyard rubl təşkil edib ki, bu da 2021-ci ilin birinci yarısı ilə müqayisədə 3,7 dəfə çoxdur.