10:06 - 25.08.2026
25 avqust, Fineko/abc.az. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,99 ABŞ dolları və ya 2,05 % azalaraq 95,13 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulub. Məlumat üçün bildirək ki, "Azeri Light" neftinin tarixi minimal qiyməti 2020-ci ilin aprelində (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
27 August 2026
27 August 2026