Ağıllı kəndə ilk köç bu tarixdə olacaq

14:34 - 13.07.2022


13 iyul, Fineko/abc.az.  İşğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə ilk köçün tarixi müəyyənləşib.

ABC.AZ Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Zəngilan rayonunun Ağalı kənd sakini Vəliyəddin Paşayev deyib. Vəliyəddin Paşayev bildirib ki, o, hazırda Ağalı kəndində təmir-bərpa işlərində çalışır:

“Ağalı kəndinə ilkin olaraq 41 ailənin köçürülməsi iyul ayının 19-20-də gerçəkləşəcək. Sabah ailə üzvlərimiz gedib analiz verəcək, testdən keçəcəklər. Bu prosedurlar da köç prosesi üçün nəzərdə tutulub. Artıq köç prosesinə hazırlıqlar görülür”.