“Metropark”ın qarşısındakı səki sökülür - Foto  

11:09 - 13.07.2022


13 iyul, Fineko/abc.az.  Ötən gün sosial şəbəkədə Nərimanov rayonu, Təbriz küçəsində, “Metropark” Ticarət Mərkəzinin yaxınlığında yeni yaşayış binasının tikintisi zamanı binanın qarşısının genişləndirilməsi və səkinin zəbt edilməsi barədə məlumat yayılıb.

ABC.AZ xəbər verir ki, məlumat yayılandan sonra rayonun kommunal xidmətləri tərəfindən həmin əlavə tikinti sökülüb. Verilən məlumata görə, hazırda ərazi təmizlənir, tikinti materialları daşınır.