11:11 - 7.07.2022
7 iyul, Fineko/abc.az. 2021-ci il üçün orta maaşı ən yaxşı olan texnologiya şirkətləri açıqlanıb.
ABC.AZ-ın məlumatına görə, ABŞ-ın 500 ən böyük şirkətinin S&P qiymətləndirməsi yeni əməkhaqlarını ortaya çıxarıb.
Bu fonda məhsul tədarükü ilə bağlı problem yaşayan Apple-ın kifayət qədər maaş artımları etməsi diqqətdən qaçmayıb.
Maraqlısı odur ki, Apple maaşları 18% artırsa da, hələ də Google və Metadan çox geridədir. Daha əvvəl də şirkətdə qadınların kişilərdən daha az maaş aldıqları üzə çıxmışdı.
Beləliklə 2021-ci ildə ən yüksək maaş verən şirkətlər aşağıdakılardır:
Alphabet – $295 884
Facebook – $292 785
Incyte – $248 810
Broadcom – $247 541
Vertex Pharmaceuticals – $234 107
ServiceNow – $233 859
Twitter – $232 626
Etsy – $231 338
Nvidia – $217 542
Gilead Sciences – $211 687
Hesabatda həmçinin, qlobal olaraq Apple-in 154 min, Google-un 156 min və Meta-nın isə 71 min işçisi olduğu bildirilir. Bu rəqəmlərə fabrik işçilərinin daxil edilib-edilmədiyi bilinmir.
Müəllif: Elmir Murad
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026