16:55 - 4.07.2022
4 İyul, Fineko/abc.az. Şuşa şəhərində növbəti 15 yaşayış binanın inşasına dair açıq tender elan olunub.
ABC.AZ-ın məlumatına görə, 15 bina Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi şəhərdə salınacaq 23 binalı yaşayış massivində inşa olunacaq.
Tenderə tikinti sahəsində müvafiq lisenziyası və təcrübəsi, maddi-texniki bazası olan şirkətlər dəvət olunur. İnşası nəzərdə tutulan 15 binanın 3-5 mərtəbəli olmaqla, şəhərin Baş planına uyğun və avto dayanacaqla təmin olunması nəzərdə tutulur.
Xatırladaq ki, 23 iyun tarixində Şuşa şəhərində salınan yaşayış massivinin 8 binasının inşasına dair tenderin qalibi ictimaiyyətə elan olunub.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026