10:49 - 4.07.2022
4 iyul, Fineko/abc.az. “Mercer” əcnəbi işçilər üçün ən bahalı şəhərlərin illik reytinqini yeniləyib.
ABC.AZ xəbər verir ki, reytinqdə Honq-Konq şəhəri birinci yerdə qərarlaşıb.
Belə ki, Hon-Konq evdən kənarda işləyən və yaşayanlar üçün dünyanın ən bahalı şəhəri olub.
İllik sorğuda qida, mənzil, şəxsi gigiyena və sair kimi kateqoriyalar üzrə 200-dən çox məhsul və xidmət qiymətləndirilib.
Beləliklə də, xaricdə yaşamaq və işləmək üçün ən bahalı 10 şəhərin siyahısını sizə təqdim edirik:
1. Honq-Konq, Çin;
2. Sürix, İsveçrə;
3. Cenevrə, İsveçrə;
4. Bazel, İsveçrə;
5. Bern, İsveçrə;
6. Təl-Əviv, İsrail;
7. Nyu-York, ABŞ;
8. Sinqapur;
9. Tokio, Yaponiya;
10. Pekin, Çin.