17:11 - 30.06.2022
30 iyun, Fineko/abc.az. Qərb ölkələri sıravi Rusiya vətəndaşına zərər vurmaq üçün Rusiya banklarının beynəlxalq ödəniş sistemlərindən istifadəsinə qadağa qoyub.
ABC.AZ xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Medvedev X Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunun plenar iclasında deyib: “Məsələn, hamı başa düşür ki, Rusiya vətəndaşlarının beynəlxalq ödəniş sistemlərindən istifadəsinə qadağa qoyulması qanunla desək, adi Rusiya vətəndaşına qəsdən zərər vurmaqdır”.
Siyasətçinin fikrincə, sanksiyaların məqsədi sadədir - Rusiyanın "çox sayda vətəndaşına mümkün qədər ağrılı zərər vermək".
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026