Onlara azad olunmuş ərazilərdə öz evlərinin yerində mənzil tikmələrinə icazə veriləcək

11:46 - 22.06.2022


22 iyun, Fineko/abc.az. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov işğaldan azad edilmiş ərazilərə qayıdaraq özləri ev tikmək istəyən məcburi köçkünlərlə bağlı məsələyə münasibət bildirib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Prezidentin xüsusi nümayəndəsi bildirib ki, həmin şəxslərə evlərini bərpa etməsi, yaxud Baş plana, müfəssəl plana uyğun özlərinə ev tikməsi üçün şərait yaradılması nəzərdə tutulur.

“Belə plan var. Bu istiqamətdə müzakirə gedir”,- deyə Emin Hüseynov qeyd edib.