17:01 - 17.06.2022
17 iyun, Fineko/abc.az. Fransa prezidenti Emmanuel Makron Ukraynanın Odessa limanından taxıl ixracı üçün Rusiya ilə razılaşmanın mümkün olmadığını düşündüyünü, lakin Odessadan Rumıniya hövzəsinə qədər uzanan dəmir yollarından Dunay çayının yenidən istifadəsinə dair danışıqların aparıldığını bildirib.
ABC.AZ xəbər verir ki, Kiyevə dəstək səfərindən qayıdan Makron, “Rusiya ilə ərzaq təhlükəsizliyi mövzusunda danışmalıyıq, taxılları Odessadan çıxarmaq lazımdır, bu söhbət Birləşmiş Millətlər Təşkilatının baş katibi ilə də aparıla bilər.
Ancaq mən bu üsula o qədər də inanmıram, çünki bir neçə həftə əvvəl prezident Putin bu məsələ ilə bağlı BMT-nin qətnaməsini qəbul etmək istəmədi” deyə bildirib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026