Ən çox qazanan idmançılar - Ronaldo siyahıda ikincidir

15:34 - 13.06.2022


13 iyun, Fineko/abc.az. “Forbes” tarixin ən çox qazanan idmançılarının adını açıqlayıb.

ABC.AZ xəbər verir ki, gəliri milyard dolları keçən bu idmançıların reytinqinə amerikalı qolfçu Tayqer Vuds başçılıq edir.

Onun 1,72 milyard dollar (2,9 milyard manat) sərvəti olub. Portuqaliyalı futbolçu Kriştianu Ronaldu ikinci yerdə qərarlaşıb.

“Mançester Yunayted”in forvardı 1,24 milyard dollar (2,1 milyard manat) qazanıb.  Üçüncü yerdə amerikalı basketbolçu Lebron Ceyms qərarlaşıb. Onun ümumi qazancı 1,16 milyard dollar (1,97 milyard manat) qiymətləndirilir.

Siyahını argentinalı forvard Lionel Messi (1,15 milyard dollar/1,95 milyard manat), isveçrəli tennisçi Rocer Federer (1,09 milyard dollar/ 1,85 milyard manat) və Amerikalı boksçu Floyd Meyvezer (1,08 milyard dollar/1,83 milyard manat) davam etdirir.