14:15 - 13.06.2022
13 iyun, Fineko/abc.az. Mərkəzi Bankın İdarə heyətinin sədri Taleh Kazımov iyunun 16-da sığorta şirkətlərinin rəhbərləri ilə görüşəcək.
ABC.AZ APA-ya istinadla xəbər verir ki, görüş zamanı Azərbaycanın sığorta sektorunun cari vəziyyəti müzakirə olunacaq. Qeyd edək ki, görüş AMB-nin inzibati binasında baş tutacaq.
Xatırladaq ki, bu, Mərkəzi Bankın yeni sədrinin sığorta şirkətlərinin rəhbərləri ilə ilk görüşüdür. Mərkəzi Bank sədri bundan əvvəl mayın 4-də bank rəhbərləri ilə görüş keçirmişdi.
8 Avqust 2026
8 Avqust 2026