17:24 - 17.05.2018
Azərbaycan Turizm Assosiasiyası (AZTA) Çinin Şanxay şəhərində keçirilən “Travel Trade Show - İTB 2018” sərgisində iştirak edir
AZTA- nın təşkilatçılığı ilə sərgidə 8 yerli turizm şirkəti iştirak edir.
Şirkətlər müxtəlif reklam vasitələri ilə ölkəmizin turizm potensialını təbliğ edir və potensial tərəfdaşlarla biznes əlaqələrinin qurulması haqqında danışıqlar aparırlar.
Sərgidə Azərbaycanın turizm imkanlarına həsr olunmuş stend iştirakçılar tərəfindən böyük maraqla qarşılanır.
Sərgi şərçıvəsində Azərbaycan Turizm Assosiasiyası və Çinin Turizm Assosiasiyası əməkdaşlıq haqqında Memorandum imzalayıblar. Memorandum birgə lahiyələrin həyata keçirilməsi, beynəlxalq sərgilərdə iştirak, eləcə də qarşılıqlı turist axınını təmin etmək sahələrində əməkdaşlığı nəzərdə tutur.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
29 İyul 2026