“MFX-Trading” və “Plato Capital and Co.” investisiya şirkətləri ötən ili zərərlə başa vurub

11:09 - 10.06.2022


10 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “Troni” istisna olmaqla, ölkənin qiymətli kağızlar bazarında fəaliyyət göstərən 11 investisiya şirkətinin 2021-ci ildə məcmu xalis mənfəəti 7 milyon 753 min manat təşkil edib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 25,7% çoxdur.

İnvestisiya şirkətlərindən 2-si – “MFX-Trading” və “Plato Capital and Co.” ötən ili zərərlə başa vurub. Hesabat dövründə 1-cinin zərəri artıb, 2-cinin zərəri isə azalıb.

2021-ci ildən mənfəətlə çıxmış qalan 9 maliyyə qurumundan isə 1-i – “ABB-İnvest” 2020-ci ildən zərərlə çıxdığı, 1-i – “CPM-İnvest” isə bazara ötən il daxil olduğu üçün onların mənfəətinin/zərərinin dinamikasını hesablamaq mümkün olmayıb. Həm ötən ili, həm də əvvəlki ili mənfəətlə başa vurmuş 7 investisiya şirkətindən isə 2-si – “BTB Kapital” və “PAŞA Kapital” mənfəətini azaldıb, qalanları isə artırıb.