Bakı və Sumqayıt sakinlərinin pensiyaları bu tarixdə ödəniləcək

16:43 - 7.06.2022


7 iyun, Fineko/abc.az. İyunun 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulan tarix açıqlanıb.

Dövlət Sosial Müdafiə Fondundan ABC.AZ-a daxil olan məlumata görə, iyunun 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.

Fonddan bildirilir ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.