Azərbaycanda "Pinterest" şəbəkəsinin istifadəçilərinin fəallığı artıb

15:03 - 1.06.2022


1 iyun, Fineko/abc.az. Bu ilin may ayı ərzində ölkə üzrə "Pinterest" şəbəkəsinin istifadəçilərinin fəallığı 1,3 faiz bəndi artıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə "Global Stats" statistika mərkəzinin hesabatında qeyd edilib. Hesabata əsasən, iyunun 1-nə olan məlumata görə, "Pinterest" Azərbaycanın sosial media bazarında 16,3% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz bəndi çoxdur.

Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Instagram" – 13,2, "Twitter" – 7,1%, “VKontakte” – 1,65%, “Tumblr” – 1,14% və s.