16:49 - 6.05.2022
6 may, Fineko/abc.az. Rusiya mayın 9-u Ukraynaya qarşı müharibə elan etmək niyyətindədir.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmiqal deyib.
O bildirib ki, tərəfdaş ölkələrin xüsusi xidmət orqanlarının məlumatına görə, Rusiyanın mayın 9-da belə bir addım atmaq niyyəti var.
Qeyd edək ki, son günlər Rusiya Prezidenti Vladimir Putinin mayın 9-u Ukrayna ilə bağlı hər hansı strateji qərarlar verəcəyi fəal olaraq müzakirə olunur.
Ukrayna kəşfiyyatı belə hesab edir ki, Rusiya mayın 9-dan səfərbərliyə başlamağa hazırlaşır.
31 İyul 2026
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026