15:56 - 29.04.2022
29 aprel, Fineko abc.az. “Azərsu” ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Binəqədi rayonunda sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.
ABC.AZ xəbər verir ki, “Baksol” adlandırılan ərazidə yerləşən mebel sexində, Binəqədi kəndi ərazisində yerləşən fermer təsərrüfatında, qəsəbənin “Mərkəz” adlandırılan ərazisində fəaliyyət göstərən ət mağazasında, 1-ci mədən, 8-ci korpus ərazisində fərdi yaşayış evlərinin birində sudan qanunsuz istifadə halları aşkarlanıb.
Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, Sudan istifadə qaydalarının tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.
“Azərsu” ASC vətəndaşların və abonentlərin diqqətinə çatdırır ki, qlobal iqlim dəyişikliyi ölkəmizin şirin su ehtiyatlarının azalmasına səbəb olub və belə bir şəraitdə sudan israfçılıqla istifadə edilməsi yolverilməzdir. Belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş xətlər ləğv ediləcək, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026