Nazirlik 66 milyon manatlıq heyvan alacaq - Qalib şirkətlərin adları açıqlandı

10:06 - 28.04.2022


28 aprel, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq layihəsi çərçivəsində ev heyvanlarının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

ABC.AZ xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında qeyd olunan məlumata əsasən, tenderin qalibi “Agro Best” və “Az Nest” QSC-lərdən ibarət konsorsiumdur.

Qalib konsorsiuma 65,988 milyon manat ödəniləcək.