11:16 - 26.04.2022
26 aprel, Fineko/abc.az. “Nissan” şirkəti “Datsun” brendi altında avtomobil istehsalını dayandırır.
ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, “Nissan” bundan sonra elektromobillərin inkişafına daha çoz sərmayə qoymağı planlaşdırır.
Belə ki, “Datsun” avtomobillərinin istehsalı üçün ayrılan vəsait elektromobillərin inkişafına sərf ediləcək.
Qeyd edək ki, “Datsun” brendi altında avtomobillər 1931-ci ildə istehsal olunmağa başlayıb.
Bu avtomobillər “aşağı qiymət və etibarlılıq” ilə tanınıb. Yerli bazarda uğur qazandıqdan sonra “Datsun” 1958-ci ildə ABŞ bazarına çıxıb.
18 Avqust 2026