13:00 - 10.05.2018
10 may, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
“Valyuta hərracının nəticəsi olaraq manatın orta ölçülmüş məzənnəsi bir dollara 1,7 AZN səviyyəsində formalaşmışdır”, - AMB-dan verilən məlumatda belə deyilir.
Mayın 8-də keçirilmiş daha əvvəlki hərracda orta ölçülmüş məzənnə həmçinin bir dollara 1,7 manat təşkil etmişdir.