Pensiya yaşının azaldılmasına gərək yoxdur - Millət vəkili

14:14 - 19.04.2022


19 aprel, Fineko/abc.az. Hesab edirəm ki, bu, gündəmdə deyil və olmayacaq. Dünyada insanların orta ömürü artır. Azərbaycanda da orta ömür artıq 77-nin üzərindədir.

ABC.AZ xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

"Yəqin ki, yaxın gələcəkdə bizim insanlarımızın orta ömürü artacaq. Pensiya yaşının azaldılmasına gərək yoxdur və praktikada da bunu göstərir", - deyə komitə sədri əlavə edib.