11:19 - 19.04.2022
19 aprel, Fineko/abc.az. Yaponiya və İsveçrə Ukrayna vətəndaşlarına qarşı hücumlarına görə Rusiyanın məsuliyyət daşıması mövzusunda razılaşdıqlarını açıqlayıb.
ABC.AZ xəbər verir ki, Tokioda İsveçrə Konfederasiyasının prezidenti və xarici işlər naziri İqnazio Kassis və Yaponiyanın baş naziri Kişida Fumio arasında görüş keçirilib.
Avropa İttifaqının (Aİ) üzvü olmayan İsveçrənin Aİ-nin Rusiyaya qarşı sanksiyalarını tam dəstəklədiyini qeyd edən Kassis bunun ölkəsinin neytrallıq prinsipindən əl çəkdiyi anlamına gəlmədiyini vurğulayıb.
İsveçrə Rusiyaya qarşı AB ilə eyni sanksiyaları tətbiq etmək qərarına gəlib.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026