Bu ölkə prezidenti sabah Azərbaycana gəlir

14:12 - 18.04.2022


18 aprel, Fineko/abc.az. Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 19-da Azərbaycana rəsmi səfər edəcək.

ABC.AZ Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Qırğızıstan dövlət başçısının Mətbuat xidməti yayıb.

Məlumata görə, səfər 19-20 aprel tarixlərində Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında baş tutacaq.