14:08 - 18.04.2022
18 aprel, Fineko/abc.az. Serbiya hökuməti Rusiyaya qarşı sanksiyalara qoşulmamasının səbəbini açıqlayıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, səbəblər barədə Serbiya Prezidenti Aleksandr Vuçiç açıqlama verib.
O qeyd edib ki, hər hansı məhdudiyyət mənasız və qeyri-əxlaqidir.
“Rusiyaya qarşı sanksiya tətbiq etsəm, istənilən yerdə mükafatlar alar, ən yaxşı demokrat olaram. Lakin sanksiyalar tətbiq etmək qeyri-əxlaqidir və eləcə də bu, nəticə vermir. Rusiya bizi hər zaman ərazi bütövlüyü məsələsində dəstəkləyib”, - deyə Vuçiç söyləyib.
Müəllif: Elmir Murad
30 İyul 2026