12:30 - 11.04.2022
11 aprel, Fineko/abc.az. Dövlət başçısının 2021-ci ilin dekabr ayında imzaladığı Fərmanla daha bir mühüm sosial proqramın icrasına hazırlıq işləri aparılır. 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanaraq əlilliyi müəyyən edilmiş şəxslərə, onlardan vəfat edənlərin ailə üzvlərinə də yaxın vaxtlarda birdəfəlik ödəmənin verilməsinə başlanılacaq.
ABC.AZ xəbər verir ki, bunu brifinqində Əmək və Əhalinin Sosial Müdafiə nazirinin müavini Anar Əliyev bildirib.
O qeyd edib ki, eyni zamanda, Prezident İlham Əliyevin tapşırığı ilə 44 günlük Vətən müharibəsi iştirakçıları da sosial dəstək proqramı ilə əhatə olunub. A.Əliyev bildirib ki, Prezidentin tapşırıqları əsasında son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə, pensiyaların minimum məbləği 2,2 dəfə artırılıb. Son 4 ildə müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfədən çox artım baş verib.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026