14:36 - 8.04.2022
8 aprel, Fineko/abc.az. Yaponiyanın baş naziri Fumio Kişida Rusiyadan kömür idxalını qadağan edəcəklərini açıqlayıb.
ABC.AZ xəbər verir ki, Rusiyaya yeni iqtisadi sanksiyaları açıqlayan Baş nazir kömür idxalını qadağan edəcəklərini, Yaponiyanın yeni enerji mənbələri üçün fərqli alternativlər tapacağını bildirib.
Yaponiya daha əvvəl Rusiya ilə enerji əlaqələrini kəsməmək qərarına gəlmişdi. Bugünkü addım ölkənin bu siyasətinin dəyişdiyini göstərir.
Baş nazir həmçinin 550 rusiyalı oliqarxın aktivlərinin dondurulacağını və Rusiyadan yeni investisiyaların da qadağan ediləcəyini açıqlayıb.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026