12:18 - 5.04.2022
5 aprel, Fineko/abc.az. “Bakı Metropoliteni” QSC-nin əməkdaşlarının əməkhaqları artırılıb.
ABC.AZ Modern.az-a istinadla xəbər verir ki, artım barədə qərar ötən ay verilsə də, yanvar, fevral aylarına da şamil edilib.
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.
O bildirib ki, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən, əməkhaqları 20 faiz artırılıb:
“Əmr mart ayında verilib. Buna baxmayaraq, artım yanvar və fevral aylarına da şamil edilib”.
14 Avqust 2026
14 Avqust 2026