10:08 - 5.04.2022
5 aprel, Fineko/abc.az. Rusiya aprelin 9-dan etibarən 52 ölkə ilə aviareysləri bərpa etmək niyyətindədir.
ABC.AZ-ın məlumatına görə, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin bildirib.
Beləliklə, koronavirusun yayılması ilə əlaqədar çarter reyslərinə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılacaq.
Qeyd olunub ki, bu ölkələrin siyahısına Argentina, Hindistan, Cənubi Afrika və bir sıra digər dost dövlətlər daxil edilib.
“İndi 15 ölkəyə məhdudiyyətsiz uçuşlar icra edilir, biz daha 52 ölkə ilə uçuşları bərpa edirik”, – deyə baş nazir vurğulayıb.
14 Avqust 2026
14 Avqust 2026