Türk aşpaz Ronaldo ilə restoran açır

10:32 - 29.03.2022


29 mart, Fineko/abc.az. Hamının tanıdığı türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak) “Mançester Yunayted” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo ilə şərik olacaq.

ABC.AZ-ın məlumatına görə, bu barədə xəbəri Türkiyə mətbuatı yayıb.

Belə ki, yazıda şəriklərin noyabr ayında İngiltərədə ilk restoranlarını açacaqları qeyd edilib. Bununla da türkiyəli məşhur Londonda Kriştiano Ronaldo ilə ortaq olacaq. B.Özdemir isə açılış zamanı çox böyük sürprizlərin olacağını bildirib.

Qeyd edək ki, B.Özdemir Türkiyə ilə yanaşı, dünyanın bir neçə ölkəsində restoranlar şəbəkəsinə sahibdir.