18:50 - 24.03.2022
24 mart, Fineko/abc.az. Betrpro MMC "Azərlotereya" ASC-nin rəsmi regional distributoru olub.
ABC.AZ xəbər verir ki, ilk distributorluq Bərdə də fəaliyyətə başlayıb.
Sözügedən rayondakı distributorluq həm də satış ofisi kimi işləyəcək. Ofis Bərdə şəhəri, H.Əliyev prospektində yerləşir. Distributorluq 13 rayonu əhatə edir.
Qeyd edək ki, "Azərlotereya" Açıq Səhmdar Cəmiyyəti (ASC) Prezidentin 23 noyabr 2001-ci il tarixli, 599 saylı fərmanına əsasən, Azərbaycan Respublikasında lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqları və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxil olmaların artırılmasına və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndimək məqsədi ilə yaradılıb.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026