17:04 - 4.05.2018
4 may, Fineko/abc.az. Aprel ayında Azərbaycanda pul bazası 1058 milyon manat (11,17%) azalıb.
Mərkəzi Bankın məlumatına əsasən, 1 may 2018-ci il tarixinə Azərbaycanda pul bazası 8413,0 milyon manat, aprelin 1-nə 9471,0 milyon manat, martın 1-nə 9180,6 milyon manat, fevralın 1-nə 8761,6 milyon manat və yanvarın 1-nə 8543,2 milyon manat təşkil etmişdir.
2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanda pul bazası 1,524% azalıb.