Torpaq sahələri və fərdi evlərin qiyməti artacaq - Proqnoz

12:08 - 17.03.2022


17 mart, Fineko/abc.az. Torpaq sahələri və fərdi evlərin qiyməti yaz-yay mövsümündə artacaq.

ABC.AZ xəbər verir ki, bunu Trend-ə açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.

Torpaq sahələrinə və fərdi evlərə tələbat yaz aylarından başlayır və avqust ayına qədər davam edir.

Bu fəsillərdə hava mülayim, isti keçdiyi üçün insanlar inşaat işlərinə başlayır və üç-dörd ay ərzində yekunlaşdıra bilirlər: "Hər il yaz-yay mövsümündə torpaq sahələrinə tələbat artdığına görə qiymət artımı da müşahidə olunur. Bakı və Abşeronda tikintiyə yararlı ərazilər az qalıb. Həmin sahələrin də qiyməti ilbəil artır", - E.Fərzəliyev deyib.