16:31 - 14.03.2022
14 mart, Fineko/abc.az. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dərman və tibbi vəsaitlərin, eləcə də digər yüklərin daşınması üçün on bir ədəd yük avtomobil nəqliyyatı vasitələrinin satın alınması üçün açıq tender elan edir.
Tenderdə iştirak haqqı 600 manatdır.
ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar tələb olunan sənədləri 08.04.2022 15:00 tarixinə qədər, təklifləri isə 18.04.2022 15:00 tarixinə qədər təqdim edə bilərlər.
Əlaqələndirici şəxs: Cavid Əliyev, telefon (+99412) 310-07-70 (2027)
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026