10:17 - 14.03.2022
14 mart, Fineko/abc.az. Bermud adaları Rusiya təyyarələrinin uçuşa yararlılıq sertifikatlarını dayandırıb.
ABC.AZ xəbər verir ki, qərar Bermud adalarının Mülki Aviasiya İdarəsi tərəfindən verilib.
Belə ki, Rusiya aviaşirkətlərinin minə yaxın laynerindən 770-ə qədəri, təxminən 80 faizi Bermud adalarında qeydiyyatdan keçib.
Rusiya qanunlarına görə, sertifikatsız uçuşlar qadağandır. Buna baxmayaraq, ötən gün, demək olar ki, heç bir aviaşirkət uçuşları dayandırmayıb.