16:07 - 11.03.2022
11 mart, Fineko/abc.az. “Azərsu” ASC daxili imkanları hesabına Sabunçu rayonunun Zabrat qəsəbəsi Murad Mirzəyev küçəsində mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələri yaradır.
ABC.AZ xəbər verir ki, daxili imkanlar hesabına ərazidə 2,5 km paylayıcı şəbəkə inşa edilib və evlərə birləşmə verilib. Layihənin icrası nəticəsində 850 fərdi yaşayış evi dayanıqlı olaraq su ilə təchiz olunacaq.
Həmçinin, ərazidə kanalizasiya şəbəkəsinin olmaması da burada yaşayan əhali üçün ciddi problemlər yaradırdı. Payız-qış aylarında tullantı, qrunt və yağış suları həyətlərə və evlərin zirzəmilərinə dolurdu. Yeni kanalizasiya xətlərinin çəkilməsi ilə sakinlərin bu problemi aradan qalxacaq.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026