14:39 - 10.03.2022
10 mart, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyalarını ödəyib.
ABC.AZ xəbər verir ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Yaxın günlərdə respublikanın digər bölgələri üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026