Dənizkənarı Bulvar İdarəsinin gəlirləri açıqlanıb - Hesabat

12:05 - 10.03.2022


10 mart, Fineko/abc.az. Dənizkənarı Bulvar İdarəsinin ötən il ərzində reklam və sahibkarlıq fəaliyyətindən əldə etdiyi vəsaitin həcmi açıqlanıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ilə dair hesabatında qeyd olunub.

Belə ki, Dənizkənarı Bulvar İdarəsi 2021-ci il ərzində 17 adda 193 reklam yayımına icazə verilməsindən 285,8 min manat, sahibkarlıq fəaliyyətinin göstərilməsindən isə 233,5 min manat məbləğində vəsait əldə edib.