BVF Ukraynaya 1 milyard dollardan çox pul ayırdı

10:18 - 10.03.2022


10 mart, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası Ukraynaya fövqəladə dəstək proqramı çərçivəsində 1,4 milyard dollar məbləğində əlavə maliyyənin ayrılması barədə qərarı təsdiqləyib.

ABC.AZ xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, alınan vəsait dövlət büdcəsinin prioritet xərclərinin maliyyələşdirilməsinə kömək edəcək və Ukraynanın tədiyə balansını dəstəkləyəcək.