10:24 - 5.03.2022
5 mart, Fineko/abc.az. Çin hakimiyyəti 2022-ci ildə müdafiə xərclərini 7,1% artırmaq niyyətindədir.
ABC.AZ xəbər verir ki, Çin hökuməti bu il müdafiə xərclərini 1,451 trilyon yuana (təxminən 229,07 milyard dollar) çatdırmağı planlaşdırır.
Bu barədə 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Konqresinin (MPK) beşinci sessiyasının açılışında yayılan ölkənin büdcə layihəsində bildirilib.
"Milli müdafiə xərcləri 7,1% artımla 1 450,45 milyard yuan nəzərdə tutulur", - sənəddə deyilir. İctimai təhlükəsizlik xərcləri 4,7% artırılaraq 194,993 milyard yuana (təxminən 30,8 milyard dollar) çatacaq.
Müəllif: Elmir Murad
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026