Prezidentin Sərəncamı 100 min pensiyaçını əhatə edir

14:22 - 4.03.2022


4 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev əmək pensiyaçılarına maddi yardım üçün Sərəncam verib.

ABC.AZ xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, sərəncamla nazirlik 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq pensiya məbləğlərinin (qulluq stajına görə əlavələr də nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardım ödəyəcək.

Maddi yardım 2022-ci ilin 1 yanvarından hesablanmaqla hər ay onların pensiyasının məbləği ilə birgə ödənəcək.

Yanvar və fevral ayları üzrə maddi yardımlar onlara mart ayının pensiyası ilə birgə veriləcək.

Qulluq stajına görə əlavələr alan pensiyaçılara bu il üzrə pensiyalarının 10 faizi məbləğində maddi yardım verilməsi üçün dövlət büdcəsindən illik 86 milyon manat əlavə vəsait ayrılacaq.

Bu maddi yardım müvafiq kateqoriyadan olan 100 min pensiyaçını əhatə edir.